“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Kiprdə ilk qolunu vurdu və cəzalandırıldı - FOTO/VİDEO



 

“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Vild-Donald Qerye Kipr çempionatındakı debüt matçında qol vurub.

Oxu.Az xəbər verir ki, haitili sol cinah müdafiəçisi XXVI turun “Apollon” – “Enosis” görüşündə (2:1) meydana 67-ci dəqiqədə daxil olub.

Qış fasiləsində Azərbaycanı Kiprə dəyişmiş futbolçu bundan iki dəqiqə sonra künc zərbəsindən ötürməni başla qola çevirməklə “Enosis”in qapıçısını məyus edib. Həmçinin Qerye bu qoldan iki dəqiqə sonra ilk sarı vərəqəsini də alıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Donald Guerrier