Kətanı döyərək məşhur boksçunun portretini çəkdi - VİDEO



 

Seneqallı Bubu Nyanq boksun canlı əfsanəsi Floyd Meyveyzeri öz sənəti ilə kətan üzərində maraqlı yolla canlandırıb.

Belə ki, o, əlcək geyinərək kətanı “döyüb”.

Lakin bu “yarışın” nəticəsi ənənəvi döyüşlərdən fərqli olub: kətanın üzərində  boks əfsanəsi Floyd Meyvezerin portreti yaranıb.

Bununla bağlı kadrlar onun “Instagram” hesabında dərc olunub.