“Mançester Yunaytedin” keçmiş futbolçusu Rio Ferdinandın butslarını oğurladığını etiraf etdi
“Mançester Yunayted” in keçmiş futbolçusu Ravel Morrison “mankunianlar”ın düşərgəsində olduğu müddətdə başına gələn xoşagəlməz hadisədən danışıb.
Xəbəri “Sport Bible” agentliyi yayıb.
“Ferdidandın butslarını oğurladığıma görə, soyunub-geyinmə otağında qovulduğumu yaxşı xatırlayıram. O zaman mən aldığım təqaüdlə dolanırdım. Oğurladığım ayaqqabılara görə 600 funt sterlinq (təxmini 1 400 manat) pul əldə edə bilərdim”, - deyə 28 futbolçu etiraf edib.
R.Morrison həmçinin qeyd edib ki, o zaman “Mançester Yunayted” də Rio Ferdinanda, Ueyn Runiyə bir dəfəyə 20-30 cüt buts göndərilirdi.
“Məhz bu səbəbdən oğurladığım bir cüt butsunu ciddi söz-söhbətə səbəb olmayacağını düşündüm, lakin indi səhvimi anlayıram”, - deyə yarımmüdafiəçi söyləyib