“Qarabağ” ardıcıl ikinci oyunda da xal itirdi



 

Bu gün Azərbaycan Premyer Liqasında XVI turun iki oyunu keçirilib. 

Günün ilk qarşılaşması Bayılda baş tutub.

“ASCO Arena”da turnir cədvəlinin son pillələrində qərarlaşan “Səbail” və “Sabah” komandaları üz-üzə gəlib.

Meydan sahibləri bu oyunda 2:0 hesablı qələbəyə seviniblər. Rəqib qapısından keçirilən hər iki qolun müəllifi Amil Yunanov olub.

Ötən tur liderliyi əldən verən “Qarabağ” isə Sumqayıta səfər edib. Ağdam təmsilçisi “Sumqayıt”ın qonağı olub. Tərəflər bu görüşdə hərəyə 1 xalla kifayətləniblər.

Turun “Keşlə” – “Zirə” və “Neftçi” – “Qəbələ” görüşləri sabah keçiriləcək.  

Qeyd edək ki, ardıcıl ikinci oyunda qələbə qazana bilməyən Qurban Qurbanovun yetirmələri “Neftçi”yə çatsa da, şəxsi oyunlara görə ikinci sırada qalıb.

Azərbaycan Premyer Liqası
XVI tur
19 fevral (cümə)

“Səbail” – “Sabah” 2:0

Qollar: A.Yunanov, 16; 77.

“Sumqayıt” – “Qarabağ” 0:0