Gecə narahat etməməsi üçün xidmətçisi Maradonanın pivəsinə yuxu dərmanı qatırmış
Baxıcısı mərhum argentinalı futbolçu Dieqo Maradonanın onu gecələr narahat etməməsi üçün pivəsinə yuxu dərmanı əlavə edirmiş.
“Daily Mail”in məlumatına görə, bu barədə futbolçunun səkkiz yaşlı oğlu Dieqo Fernando ilə işləyən psixoloq Qrizelda Morel bildirib.
Onun sözlərinə görə, ömrünün son aylarında Maradona xüsusən pivə və şərab içib, baxıcılardan biri isə onun gecə hay-küy salmaması üçün içkisinə yuxu dərmanı qarışdırırmış. Bundan əlavə, futbol ikonu əgər istəyirdisə, səhərlər alkoqollu içkilər verilirdi.
Bundan başqa, Maradonanın ruhi sağlamlığı da pisləşibmiş.