Azərbaycan klubu anası ukraynalı, atası gürcü olan futbolçu transfer etdi
“Sabah” heyətini yeni futbolçuyla gücləndirib.
Ukraynalı müdafiəçi Zurab Oçiqava bundan sonra Bakı klubunun uğurları üçün çalışacaq. 25 yaşlı futbolçuyla mövsümün sonuna kimi müqavilə bağlanılıb.
Zurab peşəkar karyerası ərzində Ukraynanın “İlyiçyovets” (2014/15), “Dinamo-2” (Kiyev, 2015/16), “Dinamo” (Kiyev, 2016/17), “Olimpik” (Donetsk, 2017/18), “Dnepr-1” (2018/19), “Vorskla” (2019/20) və Estoniyanın “Levadiya” (2020) klublarında çıxış edib. Oçiqava Ukrayna U-21 millisinin üzvü olub.
Anası ukraynalı, atası gürcü olan yeni transfer “Sabah”da 3 nömrəli formada çıxış edəcək.