Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının Bakı görüşü təxirə salındı
Fevralın 19-da Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının doqquzuncu üçtərəfli görüşü təxirə salınıb.
“Report” xəbər verir ki, buna səbəb Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkalianinin Azərbaycana rəsmi səfərinin təxirə düşməsidir.
Gürcüstan XİN-dən səfərin təxirə salındığını təsdiqləyiblər. Buna səbəb Baş nazir Giorgi Qaxariyanın rəhbərlik etdiyi hökumətin istefa verməsidir.