“Səhranın bəyaz günəşi”ndəki “Abdulla” xəstəxanaya yerləşdirilib



 

Gürcü aktyor Kaxi Kavsadze ikitərəfli sətəlcəm diaqnozu ilə Tbilisidəki Birinci Universitet Xəstəxanasına yerləşdirilib.

Bu barədə Gürcüstanın Birinci Kanalı öz saytında məlumat verib.

85 yaşlı sənətçinin vəziyyəti sabit ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, ötən ilin sonunda Kavsadze koronavirusdan müalicə alıb.

Qeyd edək ki, Kaxi Kavsadze Sovet və Gürcüstan aktyorudur. Xüsusilə, “Səhranın bəyaz günəşi” filmindəki “Qara Abdulla” rolu ilə tanınıb. Aktyor “Veria Məhəlləsinin Melodiyaları”, “İstək Ağacı”, “Tövbə”, “Don Kixot və Sançonun qissəsi” kimi filmlərdə də rol alıb.