Maradonanın 70 milyon dəyərində mirası yoxa çıxıb
Dieqo Armando Maradonanın varisləri əfsanəvi argentinalı futbolçunun 70 milyon funt sterlinq (97 milyon dollar) məbləğində mirasının yoxa çıxdığı bildirib.
Onun varislərinə bu vəsaitdən yalnız beş milyon funt sterlinq (6,9 milyon dollar) çatıb.
Bu barədə “The Sun” nəşri məlumat yayıb.
Ölümündən əvvəl D.Maradona varislərinə 75 milyon funt sterlinq dəyərində sərvət qoyacağını söyləyib. Onun kiçik oğlunun vəkili Diego Fernando bildirib ki, futbolçunun “dostları” onun pulunun böyük hissəsini ələ keçirib. Argentinalının bank hesabında beş milyon funt sterlinq pul, mülkiyyətində isə kiçik mənzil, köhnə bir ev və iki avtomobil qalıb.
Digər varisin vəkili Mario Bodri isə bildirib ki, əfsanəvi futbolçu pullarını əməliyyatdan sonra müalicə olunduğu otaqda yerləşən seyfdə saxlayıb. Hüquqşünas həmçinin bildirib ki, D.Maradonanın Dubaydakı mənzilində bahalı saat kolleksiyası olub, lakin onun varisləri mənzildən saatları tapa bilməyiblər.
Qeyd edək ki, əfsanəvi Maradona 2020-ci il noyabrın 26-sı 60 yaşında ürəktutmasından vəfat edib.