Millimizin sabiq futbolçusu direktor oldu - FOTO
Veteran futbolçu, vaxtilə Azərbaycan Premyer Liqasında müxtəlif klubların və Azərbaycan milli komandasının heyətində çıxış etmiş Vüqar Nadirov MFL-in (mini futbol üzrə Milli Futbol Liqası) direktoru təyin olunub.
Təsisçilərin ümumi yığıncağında Vüqar Nadirovun direktor vəzifəsinə təyin edilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, MFL tərəfindən 2016-cı ildən həvəskarlar arasında istər kişilərdən, istərsə də qadınlardan ibarət komandalar arasında müxtəlif turnirlər təşkil olunub. MFL-in səhmlər paketinin 25 faizi AFFA-ya məxsusdur.