150 km/saat sürətlə hərəkət edərkən yıxıldı, amma…
Fransalı dağ-xizəkçisi Maksens Muzaton saatda 150 km hərəkətlə hərəkət edərkən idarəetməni itirərək yıxılıb, ancaq tez özünü ələ alaraq yoluna davam edib.
Bununla bağlı görüntünü “Life Shot” “Telegram” kanalı yayımlayıb.
Bildirilir ki, maraqlı görüntülər İtaliyanın Kortina d-Ampezzo şəhərində keçirilən Dünya Çempionatında yarışdandır.
Videodan görünür ki, sürət yığan 30 yaşlı idmançı xizəklərin öhdəsindən gələ bilmir və yan tərəfə yıxılır. Lakin o, dərhal yana çevrilərək, özünü toparlayır və yarışı davam etdirir.