“Tottenhem” Mourinyunu qovmağı düşünmür



 

“Tottenhem”in baş məşqçisi Joze Mourinyu son qarşılaşmalardakı uğursuzluqlara baxmayaraq, komandanın sükanı arxasında qalacaq.

Bu barədə “The Athletic” nəşri yazıb.

London klubu portuqaliyalı mütəxəssisi qovmaq niyyətində deyil. Üstəlik, Mourinyunun “Tottenhem”lə müqaviləsində ayrılma şərtlərini nəzərdə tutan heç bir ləğv müddəası da yoxdur.

Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasının son beş qarşılaşmasında dörd dəfə məğlub olub.