Ərdoğandan ABŞ-a sərt çıxış – VİDEO
“Əsgərlərimizin qarşısında dayana bilməyən terror təşkilatı alçaqlıqda sərhəd tanımır”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rize şəhərindəki çıxışı zamanı deyib.
Prezident, Türkiyə ordusunun zaman və məkandan asılı olmayaraq millətimiz üçün lazım olan hər əməliyyatı öz imkanları ilə həyata keçəcək səviyyəyə gəlməsindən qurur duyğunu bildirib.
Ərdoğan Amerika Birşləşmiş Ştatlarını PKK terror təşkilatının arxasında durmaqda ittiham edib.
“Əgər biz sizinlə NATO-da biryerdəyiksə, əməkdaşlığımızı davam etdirəcəyiksə bizə münasibətdə səmimi olmalısınız”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.