Olimpiadaya lisenziya verən Dünya Kuboku təxirə salındı



 

10-13 mart tarixlərində Qətərin paytaxtı Dohada keçirilməli olan idman gimnastikası üzrə Dünya Kuboku yarışı təxirə salınıb.

Oxu.Az xəbər verir ki, təxirə salmaya səbəb koronavirus pandemiyasıdır. Olimpiadaya lisenziya verməli olan yarışın yeni tarixi tezliklə açıqlanacaq.

Qeyd edək ki, yanvarın sonlarında 4-7 mart tarixlərində Bakıda keçirilməli olan idman gimnastikası üzrə Dünya Kuboku ləğv olunmuşdu. Ləğvə səbəb Azərbaycanda qapalı zalda idman yarışlarının keçirilməsinə qoyulan qadağa idi.

Onu da bildirək ki, Azərbaycan idman gimnastikasında iki idmançı ilə Tokio Yay Olimpiya Oyunlarında iştirakını rəsmiləşdirib. Bunlar rusiyalı legionerlərimiz – İvan Tixonov və Marina Nekrasovadır.

Səbuhi Musayev