Spikerin köməkçilərinin sayı azaldı
Milli Məclis sədri Sahibə Qafarovanın köməkçilərinin sayı 4-dən 3-ə endirilib.
Bu barədə Oxu.Az Milli Məclisin saytına istinadən xəbər verir.
Spiker Sahibə Qafarovanın əmri ilə Milli Məclis sədrinin köməkçisi Fərid Hacıyev vəzifəsindən azad edilib.
Qeyd edək ki, F.Hacıyev 2020-ci ilin iyul ayının əvvəllərində S.Qafarovaya köməkçi təyin olunmuşdu.
O, bu yaxınlarda parlamentin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri təyin edilib.
F.Hacıyev bu vəzifədə İlqar Fərzəliyevi əvəzləyib.
Aqşin Kərimov