PSJ Messini almaq üçün Mbappeni satmalı olacaq
PSJ növbəti mövsüm “Barselona”nın hücumçusu Lionel Messini ala bilmək üçün Kilian Mbappeni satmalı olacaq.
Bu barədə “Lequipe” məlumat yayıb.
Nəşrə danışan mənbənin sözlərinə görə, argentinalı Fransa klubunda illik 40 milyon avrodan çox qazanacaq. Klub isə Messi üçün bu şərtləri təmin etmək üçün aparıcı oyunçularından biri ilə yollarını ayırmalı olacaq.
Qeyd olunur ki, PSJ-nin hücumçusu Neymar da tez-tez Messi ilə əlaqə saxlayaraq onu Paris klubuna keçməyə razı salmağa çalışır. PSJ-nin Messi transferində ən böyük rəqibi isə “Mançester Siti”dir. İngiltərə klubunun transferdə ən böyük üstünlüyü isə uzun illər Messi ilə çalışan Xosep Qvardiolanın komandanın sükanı arxasında olmasıdır.