“Mançester Yunayted”in futbolçusu irqçi təhqirlərə məruz qalıb



 

“Mançester Yunayted” klubunun hücumçusu Antoni Marsial İngiltərə Premyer Liqasının 24-cü turunda “Vest Bromviç”ə qarşı oyundan sonra irqçi şüarlara məruz qalıb.

Bu barədə “Sky Sports” məlumat yayıb.

Mənbə xəbər verir ki, 25 yaşlı futbolçunun sosial media səhifəsində irqçi ifadələr və ayrı-seçkilik simvollarını ehtiva edən qəzəbli şərhlər yazılıb.

Qeyd edək ki, A. Marsial son oyunda heç nə ilə fərqlənə bilməyib və baş məşqçi onu oyunun 66 dəqiqəsində digər komanda yoldaşı ilə əvəzləyib.

Qarşılaşma 1-1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra “Mançester Yunayted” 46 xalla ikinci, “Vest Bromviç” isə 13 xalla 19-cu yerdə qərarlaşıb.