Çavuşoğlu Bəxtiyar Vahabzadəni andı - FOTO
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bəxtiyar Vahabzadənin anım günü ilə bağlı paylaşım edib.
Bu barədə o, “Twitter” hesabında yazıb.
“Can Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadəni ölümünün 12-ci ildönümündə hörmət və mərhəmətlə anıram. Şeirləri bütün coğrafiyamızda əks-səda verməyə davam edəcək”, - deyə türkiyəli nazir qeyd edib.
O, paylaşımına şairin şeirindən bir bənd də əlavə edib:
“Ana yurdda yuva qurdum,
Ata yurda könül verdim.
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə”.
Can #Azerbaycan'ın İstiklal Şairi Bahtiyar Vahapzade'yi vefatının 12. yıldönümünde saygı ve rahmetle anıyorum. Şiirleri tüm gönül coğrafyamızda yankılanmaya devam edecek.