Ceyhun Bayramov Mövlud Çavuşoğlunu təbrik etdi - FOTO
Xarici işlər Naziri Ceyhun Bayramov Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlunu təbrik edib.
O bu barədə öz “Twitter” hesabında paylaşım edib.
Paylaşımda qeyd edilir:
“Dəniz quldurlarının hücumuna məruz qalan və əsir götürülən 15 Türkiyə vətəndaşının azad olunması xəbəri bizi çox sevindirdi. Türkiyəli qardaşlarımızı və onların ailələrini, habelə dənizçilərin azad olunmasında xüsusi əməyi olan qardaşım Mövlud Çavuşoğlunu ürəkdən təbrik edirəm”.
Dəniz quldurlarının hücumuna məruz qalan və əsir götürülən 15 Türkiyə vətəndaşının azad olunması xəbəri bizi çox sevindirdi. Türkiyəli qardaşlarımızı və onların ailələrini, habelə dənizçilərin azad olunmasında xüsusi əməyi olan qardaşım @MevlutCavusoglu nu ürəkdən təbrik edirəm.
— Jeyhun Bayramov (@bayramov_jeyhun) February 12, 2021