AFFA-dan “Səbail”in məşqçisinə ağır CƏZA
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, iclas zamanı fevralın 6 və 7-sində baş tutan Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunları ilə bağlı qərarlar qəbul edilib.
Həmin qərarlar aşağıdakılardır:
- “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək, nəzarət buraxılışa diqqət etmək) yerinə yetirmədiyi üçün klub 800 manat cərimə olunur.
- “Səbail” – “Sumqayıt” oyununda matçın 76-cı dəqiqəsində “Səbail” klubunun baş məşqçisinin köməkçisi Vüqar Məmməd oyunun köməkçi hakimi Cavanşir Yusifovu vurduğu üçün Azərbaycan Kuboku oyunlarında 20 oyun cəzalanır klub 16 000 manat cərimə olunur. Həmin qarşılaşmada “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
- “Kəpəz” – “Keşlə” oyununda meydan sahibi klub pirotexnikadan istifadə olunduğu üçün 800 manat, diktor məlumatları vaxtında vermədiyi üçün 800 manat, oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün 400 manat cərimə edilir. Bundan başqa, “Keşlə” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 800 manat, 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 800 manat cərimə olunur.
- “Zirə” – “Neftçi” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.