“Real” yayda daha bir ulduzunu itirə bilər



 

Madrid “Real”ının rəhbərliyi 27 yaşlı fransalı müdafiəçi Rafael Varanın müqaviləsinin uzadılması məsələsinə görə narahatlıq keçirir.

Bu barədə “Marca” məlumat yayıb.

Son oyunlarda Rafael Varan “Real”ın müdafiəsində əsas yeri tutub. Lakin “Real” rəhbərliyi hələ də yeni müqavilənin bağlanması barədə danışıqlarda irəliləyiş əldə edə bilmir. Oyunçunun müqaviləsi 2021-2022-ci illər mövsümünün sonunda başa çatır.

Mənbə qeyd edir ki, yeni müqavilə baş tutmayacağı halda “Real” yayda oyunçunu satmalı olacaq. R.Varan üçün əsas namizədlər isə PSJ və “Mançester Yunayted”dir. “Real”ın futbolçu üçün ən azı 50 milyon avro istəyəcəyi qeyd olunur.