Qazaxıstan çempionu fransalı yarımmüdafiəçi aldı
Fransalı yarımmüdafiəçi Uqo Videmon karyerasını Qazaxıstanın “Aktobe” klubunda davam etdirəcək.
Bu barədə meta-ratings.kz saytı xəbər verib.
Qeyd olunur ki, 27 yaşlı futbolçu “Aktobe”nin heyətinə Türkiyədə keçirilən təlim-məşq toplantılarında qatılacaq.
Qeyd edək ki, U.Videmonun son çıxış etdiyi komanda Litvanın “Jalgiris” klubu olub.