Klop: “Bəlkə onun ayaqları donmuşdu? - VİDEO



 

“Liverpul” klubunun baş məşqçisi Yurgen Klop İngiltərə Premyer Liqasının XXIII turunda “Mançester Siti” klubu ilə qarşılaşmada kobud səhvləri ilə yadda qalan Alisson Bekerin oyununa münasibət bildirib.

Bu barədə “Sky Sports” məlumat verib.

Qapıçısının sərgilədiyi oyuna münasibət bildirən almaniyalı mütəxəssis bildirib ki, ola bilər ki, A.Bekerin oyunda ayaqları donub.

“Çox gülməli səslənir, amma bu, mümkündür”, - deyə Y.Klop söyləyib.

Xatırladaq ki, “Mançester Siti” səfərdə “mersesaydlılar” üzərində 1:4 hesablı qələbə qazanıb.

Oyun ərzində “Liverpul”un qapısına vurulan dörd qoldan ikisi braziliyalının kobud səhvlərindən sonra qeydə alınıb.