Çindən Olimpiadanın boykot edilməsinə reaksiya
Çin Kommunist Partiyasının rəsmi mətbu orqanlarından olan “Global Times” qəzetinin Baş redaktoru Hu Şicin bildirib ki, əgər hansısa ölkə 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot etməyi qərara alsa, həmin ölkəyə qarşı sanksiyalar tətbiq olunacaq.
“Habertürk”ün yaydığı məlumata görə, Şicin öz fikirlərini “Twitter”də paylaşıb.
Baş redaktor etiraf edib ki, boykot qərarının ciddi dəstək alacağını düşünmür.
Xatırladaq ki, bu yaxınlarda 180 insan hüquqları təşkilatını birləşdirən koalisiya, həmçinin Kanada Federal Parlamentinin 13 deputatı Beynəlxalq Olimpiya Komitəsinə məktub göndərərək, Çində keçiriləcək Olimpiadanın ləğv olunmasını tələb ediblər.