Azərbaycanda dağlıq ərazidə başlayan yanğın öz-özünə söndü



 

Ağsu - Şamaxı sərhədi istiqamətində dağlıq ərazidə ötən gün axşamüstü baş verən yanğın sönüb. 

AZƏRTAC xəbər verir ki, hava şəraitinin çiskinli olması və kol-kos sahəsinin seyrəkliyi yanğının müdaxilə olmadan sönməsi ilə nəticələnib.