Bakıda avtomobil 80 yaşlı qocanı vurdu



 

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Maştağa qəsəbəsində avtomobil yolu keçən 1941-ci il təvəllüdlü Rzayev Ağahüseyn Gülmirzə oğlunu vurub. Ağır xəsarətlər alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və açıq kəllə-beyin travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.