Cəbrayıldakı məzarlıqları görən səfir göz yaşlarına hakim ola bilmədi
“Cəbrayılda qəbirlərin dağıdılması mənzərəsini görmək çox dəhşətli idi”.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əfqanıstanın Azərbaycandakı səfiri Əmənullah Ceyhun bildirib.
O söyləyib ki, Cəbrayılda məzarlığın məhv edildiyini görəndə emosiyalarına hakim ola bilməyib.
“Mən orada ağladım. Gedib qəbirləri qazıb cəsədləri çıxarıblar”, - deyə o əlavə edib.
Səfirin sözlərinə görə, Ermənistanın törətdikləri insanlığa sığmır.
Aqşin Kərimov