Prezidentin köməkçisi : “Xudafərin körpüsünün təmirinə başlana bilər”



 

Prezident İlham Əliyevin göstərişi ilə Xarici İşlər Nazirliyi ilə birlikdə diplomatik korpus - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xudafərin körpüsünə gediblər.

Bu barədə Oxu.Az-ın səfərdə iştirak edən əməkdaşı xəbər verir. 

Diplomatlara Ermənistanın işğal siyasəti barədə məlumatlar verilib. 

Səfər çərçivəsində Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycanla İran Xudafərin körpüsünün təmirinə başlaya bilər.

O xatırladıb ki, işğaldan azad edilən ərazilərdə yenidənqurma işləri həyata keçirir. 

“Bu xüsusda İranla dağıdılmış kommunikasiya xətləri bərpa oluna bilər”, - deyə H.Hacıyev qeyd edib.

Aqşin Kərimov