Ramil Şeydayevə xarici klublardan təklif var



 

Yığmanın və “Sabah”ın hücumçusu Ramil Şeydayev karyerasını yenidən ölkə xaricində davam etdirmək fürsəti əldə edib.

Sportinfo.az xəbər verir ki, ona Cənubi Kipr və Yunanıstandan təkliflər gəlib.

Son vaxtlar “Sabah”da əsas heyətə düşməyən forvardın məsələsi ilə AFFA rəhbərliyinə yaxın menecerlər məşğuldur.

Şeydayevin Masazır təmsilçisi ilə müqaviləsi bir illikdir. Yəqin ki, “Sabah” mövsümün sonunda ona yeni anlaşma şərtləri təklif etməyəcək.

Millinin baş məşqçisi Canni De Byazinin sözüylə hərəkətə keçən menecerlər Ramilin xidmətini Avropanın bir neçə ortabab çempionatının iştirakçılarına təklif edib.

Azərbaycanlı hücumçu ilə yalnız Cənubi Kipr və Yunanıstandan olan klublar ciddi maraqlanır.

Xatırladaq ki, onun Azərbaycanda illik qazancı 220 min dollardır.