Parisdə Eyfel qülləsinin rənglənməsinə başlanılıb - VİDEO
Paris şəhərində yerləşən tarixi Eyfel qülləsinin rənglənməsinə başlanılıb.
Metal konstruksiya 2024-ci ildə Fransada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlanır.
“İzvestiya” xəbər verir ki, konstruksiya qızılı rəngə boyanacaq.
Fransanın simvoluna çevrilmiş qüllənin ərazisində landşaft dizaynı da dəyişəcək.
Layihənin rəhbəri ABŞ-dan olan memar Ketrin Qustafsondur.
Mütəxəssislər həmçinin Yelisey çöllərinin ərazisində yeni yaşıllıqların salınacağını da bildiriblər.