Uzun fasilədən sonra para atletlərimiz yarışa çıxır



 

Para atletika üzrə idmançılarımız uzun fasilədən sonra beynəlxalq arenalara qayıdır.

Oxu.Az xəbər verir ki, millimiz 6-14 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Qran Pridə iştirak edəcək.

Bu yarış Paralimpiya Oyunlarına lisenziya qazandırır. Baş məşqçi, ikiqat Paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi altında Qran Pridə ölkəmizi altı idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, artıq bu idman növündə üç atletimiz Paralimpiya Oyunlarına lisenziya qazanıb. Bunlar Kamil Əliyev (uzunluğa tullanma), Samir Nəbiyev (nüvə itələmə), Oloxan Musayev (lövhə atma).

Səbuhi Musayev