Rəmişin vəziyyəti necədir? - AÇIQLAMA
Bakı Sağlamlıq Mərkəzi Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun vəziyyəti ilə bağlı açıqlama yayıb.
Mərkəzin açıqlamasında deyilir:
“Rafiq Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb. O, yanvar ayının 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Xalq artisti, mərkəzə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olub.
Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. İntensiv müalicə nəticəsində vəziyyəti nisbətən stabilləşib, huşunda aydınlaşmışma müşahidə olunub. Hazırda müalicəsi davam etdirilməsinə baxmayaraq, vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir”.