Ancelina Coli Bred Pittlə qonşu olduğunu etiraf etdi



 

Hollivud aktrisası Ancelina Coli Brad Pittlə ayrılıq mövzusundan həmişə diqqətlə danışır.

“Starhit” xəbər verir ki, 45 yaşlı aktrisa yeni müsahibəsində boşanma mövzusu ilə bağlı səmimi etiraflar edib.

Belə ki, sənətçi keçmiş həyat yoldaşı ilə qonşu olduqlarını etiraf edib və bunun səbəbini övladları ilə əlaqələndirib.

“Uşaqlarım naminə atalarının onlara yaxın olmasını istədim. O, bizdən beş dəqiqəlik məsafədə yaşayır. Yaşadığım yerdə isə ən bəyəndim məqam burada gəzmək və düşünmək üçün çoxlu cığırlar var. Yaşamaq üçün belə bir yer tapdığımız üçün çox şanslıyam”, - deyə A.Coli bildirib.

Qeyd edək ki, məşhur cütlük 2016-cı ildə boşanmaq qərarı verib.