İbrahim Kalın ABŞ-ın Milli Təhlükəsizlik katibi ilə Qarabağı müzakirə edib



 

Türkiyə prezident sözçüsü İbrahim Kalın ABŞ-ın yeni Milli Təhlükəsizlik katibi Ceyk Sullivanla telefon danışığında Qarabağ məsələsini də müzakirə edib.

Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

Bildirilir ki, 1 saat davam edən telefon danışığı zamanı Türkiyə-ABŞ arasında ikitərəfli əlaqələr başda olmaqla, Suriya, Liviya, Şərqi Aralıq dənizi, Kipr, Əfqanıstan və COVID-19-la bağlı da fikir mübadiləsi aparılıb.