FİFA prezidentindən iddialı açıqlama: “Dünya çempionatında stadionlarımız dolu olacaq” - FOTO



 

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya çempionatı zamanı tribunalardakı azarkeş sayına məhdudiyyət qoyulmayacaq.

TASS xəbər verir ki, bunu Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino bəyan edib.

Futbol rəsmisinin sözlərini “Associated Press” agentliyinin əməkdaşı Rob Harris öz “Twitter” səhifəsində paylaşıb.

“Stadionlarımız dolu olacaq. Həmin vaxtadək biz koronavirusa qalib gələcək və onunla birgə yaşamağı öyrənəcəyik”, - deyə İnfantino bildirib.