“Netflix” məşhur rusiyalı fırıldaqçıya 320 min dollar ödədi



 

Dünyaca məşhur “Netflix” platforması əslən rusiyalı, əsl adı Anna Sorokina olan, özünü Anna Delvey kimi təqdim edən ABŞ-ın ən məşhur fırıldaqçılarından birinin hekayəsi üçün 320 min dollar ödəyib.

Bu barədə “Haber Global” məlumat yayır.

Özünü varlı varis kimi təqdim edən və Nyu-York cəmiyyətinə qatılmağa çalışan Sorokina 68 milyon dollarlıq mirasa sahib olduğunu deyərək bankları, hotelləri və müxtəlif varlı insanları aldadıb.

Məşhur fırıldaqçı 12 il həbs cəzasına məhkum edilib və 2021-ci ilin fevralında onun vaxtından əvvəl azadlığa buraxılmasına icazə verilib.

Məşhur fırıldaqçı “Netflix”dən aldığı pulun 199 min dollarını fırıldaqçılıq etdiyi banklara, 24 min dollarını isə cərimələrə ödəyəcək. Onun vəkillərinə 75 min dollar ödədiyi bildirilir.

“Inverting Anne” serialının ilk sezonu 10 seriyadan ibarət olacaq və 2021-ci ildə tamaşaçılara təqdim ediləcək. Serialın dəqiq yayım tarixi hələ məlum deyil.

Məşhur fırıldaqçının obrazını Culiya Qarner canlandıracaq.