“Fənərbaxça” “Twitter”də bəyənmə və şərh rekordunu qırdı - FOTO



 

Yanvar ayında etdiyi transferlərlə diqqət çəkən Türkiyənin “Fənərbaxça” klubu “Twitter”də bəyənmə və şərh rekordunu qırıb.

“Haber Global” xəbər verir ki, “Deportes & Finanzas”in yaydığı hesabata görə, 2021-ci ilin yanvar ayında “Fənərbaxça”nın “Twitter” səhifəsindəki paylaşımları 25,3 milyon bəyənmə və şərh toplayıb. Bu rəqəmlə İstanbul təmsilçisi 2020-ci ilin sentyabrında qeydə alınmış “Barselona”nın 14 milyonluq rekordunu üstələyib.

Beləliklə də, “Fənərbaxça” bir idman klubuna məxsus “Twitter”də bəyənmə və şərh rekordunun yeni sahibi olub.