“Səbail” səfərdə, “Qarabağ” evdə qələbə qazandı - VİDEO



 

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib. 

Mərhələnin açılış oyununda Sumqayıtda eyniadlı komanda ilə “Səbail” üz-üzə gəlib.

Bu qarşılaşma komandalar arasında ölkə kubokları tarixində ilk dueldir. Qonaqlar bu oyunda minimal hesabla qalib gəliblər.

Günün digər matçında çempionatın lideri “Qarabağ” “Qəbələ”ni qəbul edib. Ağdam klubu rəqibini inamlı hesabla məğlub edib. 

Sabah daha 2 görüş baş tutacaq. “Keşlə” 1/8 finalda “Sabah”ı mübarizədən kənarlaşdıran “Kəpəz”ı sınağa çəkəcək. Mərhələnin ən maraqla gözlənilən oyunu isə “Neftçi” və “Zirə” arasında olacaq.
 
1/4 final mərhələsinin cavab görüşləri fevralın 6-da və 7-də keçiriləcək.