Azərbaycan şəhəri ayağa qalxdı – Xamenei üçün
İranın Həmədan şəhərində hökumətə dəstək aksiyası keçirilir.
Axar.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, nümayişçilər əllərində İran bayrağı, ölkə prezidenti Həsən Ruhaninin və ali dini lider Seyid Əli Xameneinin portretlərini tutaraq hökumətə dəstək şüarları səsləndiriblər.
İğtişaşların qarşısını aldığı üçün təhlükəsizlik qüvvələrinə də təşəkkür edilib.
Qeyd edək ki, dekabrın 28-də İranın Tehran, Məşhəd, İsfahan, Rəşt kimi iri şəhərlərində hökumət əleyhinə etiraz aksiyaları başlamışdı. İğtişaşlar nəticəsində 20-dən çox insan həlak olmuşdu.