"Azəravtoyol"a sədr və müavinlər təyin olundu
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi formalaşdırılıb.
APA xəbər verir ki, Saleh Məmmədov Agentliyin İdarə Heyətinin sədri, Əvəz Qocayev və Hüsnü Quliyev isə sədr mavinləri təyin olunub.
Qeyd edək ki, 2017-ci il oktyabrın 18-də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə “Azəravtoyol” ASC “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilib.