Çexiyanın Azərbaycandakı səfiri postunu tərk edir
Vitezslav Pivonkanın Çexiyanın Rusiyada səfiri təyin olunacağı gözlənilir
Çexiyanın ilk kosmonavtı, SSRİ və Çexoslovakiya qəhrəmanı Vladimir Remek Çexiyanın Rusiyadakı səfiri postunu tərk edir.
APA-nın məlumatına görə, gələn il 70 yaşı tamam olacaq V. Remek vətənində ailəsi ilə daha çox vaxt keçirmək üçün öz təşəbbüsü ilə səfir postundan gedir.
V. Remeki Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonkanın əvəzləyəcəyi gözlənilir. V. Pivonka 2014-cü ildən Çexiyanın Azərbaycandakı səfiridir və tezliklə Bakıdan Moskvaya gəlməlidir.