Komandasının oyununu maskasız izləyən Ronaldu iradla qarşılaşdı - VİDEO



 

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Millətlər Liqasında çıxış edən komandasının Xorvatiya ilə oyununu tribunadan izləyib.

B24-ün xəbərinə görə, futbolçu karantin qaydalarını pozaraq maska ​​taxmayıb.

Bunu görən stadion işçisi 35 yaşlı futbolçuya yaxınlaşaraq koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində maska ​​taxmasını xahiş edib. Futbolçu mübahisə etmədən tələbi yerinə yetirib.

Həmin anlar kameralara düşüb.