Məşhur futbolçu ikinci dəfə ata oldu - FOTO



 

“Mançester Yunayted” klubunun portuqaliyalı futbolçusu Bruno Fernandeş ikici dəfə ata olub.

Futbolçu övladının dünyaya gəlməsi xəbərinin sevincini sosial media izləyiciləri ilə bölüşüb:

“Hamı elə bilirdi ki, Xorvatiya ilə oyunda qol vurmadan stadiondan ayrılmışam. Amma bu belə deyil. Bu gün mən həyatımın ən gözəl qollarından birini vurdum. Özü də təxminən 9 aylıq məsafədən”.

Qeyd edək ki, dünən Millətlər Liqasında Portuqaliya – Xorvatiya yığmasına qarşı oynamışdı. Matç 4-1 hesabı ilə Portuqaliyanın xeyrinə bitmişdi.