“Real” futbolçularının maaşını növbəti dəfə azaldır



 

Koronavirus pandemiyası səbəbiylə maliyyə çətinlikləri yaşayan Madridin “Real” klubu futbolçuların və əməkdaşlarının məvacibini növbəti dəfə azaltmağa hazırlaşır.

Bu barədə ESPN nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, klub rəhbərliyi bu vasitə ilə COVID-19 pandemiyasının səbəb olduğu iqtisadi böhrandan daha az itkilərlə çıxmağa hazırlaşır.