Sabunçuda qonşuların davası qanla bitdi



 

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

1965-ci il təvəllüdlü Əhmədov Elvin Seyran oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı paytaxtdakı özəl klinikaların birinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.