Portuqaliyadan darmadağın, millimizin rəqiblərinin oyununda qonaqlar sevindi
Millətlər Liqasında birinci tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, turun son günündə daha doqquz görüş baş tutub.
Ən güclülərin yarışdığı A liqasında İngiltərə İslandiyaya qalib gəlib. Belçika isə Danimarkadan 3 xalla dönüb.
Daha bir komanda - Fransa da səfərdən qələbə ilə dönüb. Dünya çempionu İsveçlə oyunda üç xal əldə edib.
Millətlər Liqasının ilk qalibi Portuqaliya isə Xorvatiyanı darmadağın edib.
C liqasında yığmamızın rəqiblərinin Kiprdəki duelində də qonaqlar – Monteneqro millisi qalib gəlib.
Şimali Makedoniya Ermənistan üzərində qələbəyə sevinib. Estoniyanın qonağı olan Gürcüstan isə səfərdən üç xalla ayrılıb.
Ən zəif D liqasında Cəbəllütariq San-Marinonu məğlub edib.
Qeyd edək ki, II turun oyunları sentyabrın 6-8-də keçiriləcək.
Millətlər Liqası
I tur
5 sentyabr
C liqası, 2-ci qrup
Şimali Makedoniya – Ermənistan - 2:1
Qollar: Alioski, 5 (pen.), Nestorovski, 38 (pen.) - Barsegyan, 90+4 (pen.)
Estoniya – Gürcüstan - 0:1
Qol: Katçarava, 32
D liqası, 2-ci qrup
Cəbəllütariq – San-Marino - 1:0
Qol: Torilya, 42
A liqası, 2-ci qrup
İslandiya – İngiltərə - 0:1
Qol: Sterlinq, 90+1 (pen.)
Danimarka – Belçika - 0:2
Qollar: Denayer, 9, Mertens, 77
C liqası, 1-ci qrup
Azərbaycan – Lüksemburq - 1:2
Qollar: Şeydayev, 43 - Krivotsyuk, 48 (avtoqol), Rodriges, 72
Kipr – Monteneqro - 0:2
Qollar: Yovetiç, 60, 73
A liqası, 3-cü qrup
Portuqaliya - Xorvatiya - 4:1
Qollar: Kanselu, 41, Jota, 58, Joao Feliks, 70, Silva An., 90+5 - Petkoviç, 90+1
İsveç - Fransa - 0:1
Qol: Mbappe, 41