Şəmsəddin Abbasovdan millinin kapitanına sərt sözlər: “Pis alındı, Maksim, çox pis alındı” - VİDEO



 

Millətlər Liqasının Lüksemburqla oyunundakı məğlubiyyətdən sonra “CBC Sport” telekanalına açıqlama verən milli komandamızın kapitanı Maksim Medvedevin müsahibəsi başa çatdıqdan sonra operatora müraciətlə və gülərək “Yaxşı alındı?” soruşması ciddi tənqidlərə səbəb olub.

Oxu.Az xəbər verir ki, sözügedən kadrlara kanalın şərhçisi və aparıcısı Şəmsəddin Abbasov da sərt reaksiya verib.

O, həm Maksim Medvedevi, həm də bütün komandanı tənqid atəşinə tutub:

“Lüksemburq göstərdi ki, futbolda cırtdan ölkə bizik. Onlar bu gün meydanda can qoydular. Bizim oyunçular isə məğlubiyyətdən sonra gülə-gülə müsahibə verirlər. Mən Mahir Emreliyə gənc futbolçu deməyi də qəbul etmirəm. O artıq gənc deyil. Ueyn Runi 17 yaşında yığmanı arxasınca aparırdı”.