Rusiyanın Xalq artisti ağciyər xərçəngindən vəfat edib
Rusiyanın Xalq artisti Boris Klyuyev vəfat edib.
“Life.ru” xəbər verir ki, bu barədə “Kiçik teatr”ın mətbuat xidməti məlumat yayıb.
1944-cü ildə anadan olmuş aktyorun atası mədəniyyət işçisi, anası isə mühasib olub.
Karyerası ərzində bir çox teatr tamaşalarında və filmlərdə rol almış Klyuyev 2002-ci ildə Rusiyanın Xalq artisti adı ilə təltif edilib.
Xüsusilə “Voroninlər” serialındakı Nikolay Petroviç obrazı ilə məşhurlaşan aktyor son iki ildə ağciyər xərçəngindən əziyyət çəkirdi.