Hacıqabulda 17 yaşlı gənci bıçaqladılar



 

Hacıqabulda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, 2003-cü il təvəllüdlü Ataşov Cavad Mehdi oğlu üç bıçaq yarası ilə ağır vəziyyətdə Hacıqabul rayon xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub və əməliyyata götürülüb.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması aydınlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.