İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində - FOTO



 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib.

Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.